Gəncədə 56 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
Modern.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü E. Əlizadəyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Sabit Yusubov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.