Modern.az

Goranboyda qohumların mübahisəsi qanla bitdi - Yeniyetmə saxlanıldı

Goranboyda qohumların mübahisəsi qanla bitdi - Yeniyetmə saxlanıldı

Hadisə

Bu gün, 11:30

Goranboyda qohumların mübahisəsi onlardan birinin bıçaqlanması ilə nəticələnib.

Modern.az-ın məlumatına görə, rayon sakini 1992-ci il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə 34 yaşlı şəxsi yaxın qohumu 2009-cu il təvəllüdlü K.Əliyev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı M.Əliyevi bıçaqlamaqda şübhəli bilinən 2009-cu il təvəllüdlü K.Əliyev saxlanılıb.

Hər iki şəxsin ataları əmioğludur.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran bir milyonluq ordu topladı: ABŞ quru əməliyyatına başlayır