Biləsuvarda sahibsiz it 10 yaşlı uşağa hücum edib.
Modern.az xəbər verir ki, o, sağ baldırının zədəsi ilə xəstəxanaya aparılıb. TƏBİB-dən bildirilib ki, pasiyentə zəruri tibbi xidmət göstərilib, quduzluq əleyhinə vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb.