Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən yataqxanada qeydə alınıb.
İlkin məlumata görə, qardaşlar aralarında yaranan mübahisə zamanı Zəfər Qubadov qardaşı Cəfər Qubadov tərəfindən bıçaqlanıb.
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, ona lazımi tibbi yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən C. Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
(Report)