Modern.az

Sumqayıtda zəhərlənən 6 uşaqdan 1-i ÖLDÜ

Sumqayıtda zəhərlənən 6 uşaqdan 1-i ÖLDÜ

Hadisə

Bu gün, 13:37

Sumqayıtda zəhərlənən 6 uşaqdan biri vəfat edib.

Modern.az xəbər verir ki, Xəzri bağlarında baş verən hadisədən sonra 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb.

Digərlərinin müalicəsi davam edir.

Qeyd edək ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hamam otağına daxil olublar. Bu zaman dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsindən sonra vəziyyətləri stabilləşib. 6 uşaqdan ikisinin müalicəsinin xəstəxanada davam etdirilməsi tövsiyə olunsa da, valideynlər onları da evə aparıblar. Daha sonra uşaqların vəziyyəti pisləşdiyindən yenidən xəstəxanaya müarciət ediblər. (Qafqazinfo)

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı