Modern.az

"Qarabağ" - "Ayaks" oyunu bu TV-də yayımlanacaq

"Qarabağ" - "Ayaks" oyunu bu TV-də yayımlanacaq

İdman

10 Dekabr 2025, 11:34

"Qarabağ" klubu bu gün Çempionlar Liqasının Liqa mərhələsində 6-cı turun oyununa çıxacaq.

Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Niderland "Ayaks"ını qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Modern.az xəbər verir ki, "Qarabağ" - "Ayaks" oyunu İctimai Televiziyada yayımlanacaq.

Həmin vaxtda "CBC Sport" telekanalı "Vilyarreal" – "Kopenhagen" matçını göstərəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı