Modern.az

“Qarabağ” Nigeriyada futbolçu axtarır

“Qarabağ” Nigeriyada futbolçu axtarır

İdman

11 Dekabr 2025, 14:20

“Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev Nigeriyaya yollanır.

Modern.az xəbər verir ki, bu barədə funksionerin özü məlumat verib.

O bildirib ki, səfərin məqsədi Laqos şəhərində keçirilən “Obasa Cup” turnirində iştirak edən bəzi istedadlı futbolçuları izləməkdir: “Orada keçirəcəyim 5-6 gün ərzində turnirdə çıxış edən bir neçə istedadlı futbolçunu diqqət mərkəzində saxlayacağam. Məqsədimiz akademiyanın gələcəyi üçün çalışmaq və yaxşı futbolçular yetişdirməkdir”.

A.Hacıyev cari mövsümün əvvəlində UEFA Gənclər Liqasının oyunları üçün transfer edilən nigeriyalı futbolçular Tohib Abidun və Muyidin Oludenin klubla gələn ilin yayınadək müqaviləsi olduğunu, bu səbəbdən komandada qalacağını söyləyib. (Mənbə:AzərTac)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?