“Real Madrid” rəhbərliyi “Barselona” ilə keçirilən “El Klassiko”dakı məğlubiyyətdən sonra baş məşqçi Xabi Alonso ilə yollarını ayırıb.
Modern.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi rəsmi bəyanat yayıb.
Klubun açıqlamasında Xabi Alonsonun “Real”ın əsl əfsanəsi olduğu, hər zaman madridistlərin sevgi və heyranlığını qazanacağı vurğulanıb. Rəhbərlik 44 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.