Modern.az

“Qarabağ” güclü komandadır və asan rəqib deyil

“Qarabağ” güclü komandadır və asan rəqib deyil

İdman

28 Yanvar 2026, 00:08

“Qarabağ”ın həm fərdi oyunçuları, həm də ümumi oyun üslubu kifayət qədər güclüdür. Komanda çox birbaşa və sürətli futbol oynayır, futbolçular isə topa nəzarətdə özlərini rahat hiss edirlər.

 

Modern.az xəbər verir ki, “Liverpul” klubunun baş məşqçisi Arne Slot mətbuat konfransında “Qarabağ”la qarşılaşmaları ilə bağlı fikirlərini açıqlayıb.

 

Arne Slot qeyd edib ki, cari mövsümdə “Qarabağ” böyük klublara qarşı qələbələr qazanıb və yüksəksəviyyəli futbol nümayiş etdirib. Baş məşqçi “Çelsi” ilə oyunda 2:2 hesablı heç-heçəni də xatırladıb.

 

“Oyun çətin keçəcək. Biz bu mövsüm artıq bir çox güclü rəqiblə qarşılaşmışıq və çox sayda çətin oyun keçirmişik”, – deyə o əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır