Bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci - sonuncu turu oynanılacaq.
Modern.az xəbər verir ki, bu turda “Qarabağ” səfərdə İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.
“Liverpul” - “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, 18 oyunun hamısı eyni eyni saatda start götürəcək.
Bu oyun həm “Liverpul”, həm də “Qarabağ” üçün böyük əhəmiyyət daşıyır və heç biri uduzmamağa çalışacaq.
"Liverpul" mütləq qalib gəlmək istəyəcək, çünki bu halda 1/8 finala vəsiqəni birbaşa təmin edəcək. Heç-heçə və ya uduzmaq “Liverpul”u "pley-off"a çıxaracaq ki, bu halda da komanda hansısa rəqiblə daha iki oyun (evdə və səfərdə) keçirməli olacaq.
"Qarabağ" isə qələbə qazansa və ya heç-heçə etsə "pley-off"a adlayacaq. Komandamızın uduzacağı təqdirdə də "pley-off"a çıxmaq şansı böyükdür və bu, bir neçə digər oyunun nəticəsindən asılı olacaq.
"Liverpul" - "Qarabağ" oyunuSlovakiyadan olan hakimlər briqadasına tapşırıb. Görüşü FİFA referisi İvan Krujlyak idarə edəcək.
Xatırladaq ki, ÇL-də ilk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar isə "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarda mübarizəni başa vurur.
UEFA Çempionlar Liqasının Liqa mərhələsi
8-ci tur
"Arsenal" (İngiltərə) - "Kayrat" (Qazaxıstan)
"Liverpul" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
PSJ (Fransa) - "Nyukasl" (İngiltərə)
"Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya)
“Mançester Siti" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)
PSV (Hollandiya) - "Bavariya Münhen" (Almaniya)
"Monako" (Fransa) - "Yuventus" (İtaliya)
"Barselona" (İspaniya) - "Kopenhagen" (Danimarka)
"Borussiya Dortmund" (Almaniya) - "İnter" (İtaliya)
"Ayntraxt" (Almaniya) - "Tottenhem" (İngiltərə)
"Bayer Leverkuzen" (Almaniya) - "Vilyarreal" (İspaniya)
"Atletik" (İspaniya) - "Sportinq" (Portuqaliya)
"Atletiko (İspaniya) - "Bodo-Qlimt" (Norveç)
"Yunion" (Belçika) - "Atalanta" (İtaliya)
"Ayaks" (Hollandiya) - "Olimpiakos" (Yunanıstan)
"Brügge" (Belçika) - "Marsel" (Fransa)
"Pafos" (Kipr) - "Slaviya" (Çexiya)
