Modern.az

Britaniya səfiri "Qarabağ"ın matçında heç-heçə gözləyir

Britaniya səfiri "Qarabağ"ın matçında heç-heçə gözləyir

İdman

28 Yanvar 2026, 14:08

Bu gün İngiltərədə möhtəşəm matç izləyəcəyik.

Modern.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Liverpul”la keçirəcəyi sonuncu – VIII tur oyunu barədə danışarkən deyib.

Səfirin sözlərinə görə, "Qarabağ" möhtəşəm mövsüm keçirib və bununla da həm evdə, həm də səfərdə Avropanın yüksəksəviyyəli rəqiblərini məğlub etməyi bacardığını göstərə bilib: “Danimarkanın “Kopenhagen” komandası ilə oyunu xatırlayıram. Matç boyu “Qarabağ”ın futbolçuları həqiqətən də üstün olmağı bacardılar. Son bir neçə mövsümdə onların oyununu izləyərkən qol vurmaqla bağlı problemlərinin olduğunu görürdüm. Amma indi vacib məqamlarda həlledici qollar vururlar. Bunun üçün sadəcə “Ayntraxt” ilə matça baxmağınız kifayətdir”.

F. Auld Azərbaycan çempionundan uğurlu nəticə gözlədiyini bildirib: "Çelsi" Bakıya səfər edəndə bir çoxları "Qarabağ"ın şansının olmadığı deyirdilər. Mən isə bu fikirdə deyildim. Düşünürdüm ki, 2:2 hesabı həqiqətən çox maraqlı keçən bir oyunda ədalətli nəticə oldu. Əlbəttə, bu ssenarini Avropa futbolunun ən böyük stadionlarından biri olan "Enfild"də də gözləyirəm. Rəqib dünyanın ən rəqabətli liqasının son qalibi "Liverpul"dur. Amma "Liverpul" bu mövsüm qeyri-sabit oyun sərgiləyir. "Qarabağ" isə tarixinin ən böyük nailiyyətinin astanasındadır. Çox xoşbəxtəm ki, oyunda şəxsən iştirak edəcəyəm”.

Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə təşkil olunacaq “Liverpul” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.(AzərTac)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır