Modern.az

İdmana ayrılan pul kifayət etmir - AÇIQLAMA

İdmana ayrılan pul kifayət etmir - AÇIQLAMA

İdman

Bu gün, 12:02

İdman istehsalat sahəsi deyil, yəni maddi məhsul istehsal etmir və öz-özünü tam şəkildə maliyyələşdirə bilmir. Dünyada əsas model ondan ibarətdir ki, idman ya dövlət tərəfindən, ya da sponsorlar vasitəsilə maliyyələşdirilir. Əksər ölkələrdə əsas yük sponsorların üzərinə düşür və bu məsələ qanunvericiliklə tənzimlənir.

Modern.az xəbər verir ki, bunu Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüş zamanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.


O qeyd edib ki, bu gün sponsorlar üçün idmana vəsait ayırmaq cəlbedici deyil.

“Çünki vergi mexanizmləri onları təşviq etmir. Bir çox ölkələrdə idmana sponsorluq edən şirkətlər və şəxslər qanunvericiliklə qorunur, onlara müəyyən vergi güzəştləri tətbiq olunur. Bu güzəştlər təmin olunmadıqca sponsorluq mexanizmi zəif qalır”.

Ç. Hüseynzadə bildirib ki, hazırda federasiyalar əsasən sponsor dəstəyi ilə fəaliyyət göstərməyə çalışır.

"Dövlət və ya nazirlik maksimum beynəlxalq yarışlara səfər xərcləri, müəyyən avadanlıq və ya xüsusi tədbirlər zamanı (məsələn, Olimpiya Oyunları çərçivəsində idmançıların geyim və digər təşkilati məsələləri) dəstək göstərə bilir. Lakin gündəlik hazırlıq prosesi, təlim-məşq toplanışları və uzunmüddətli inkişaf proqramları federasiyaların öz üzərinə düşür. Bu isə sistemli və davamlı inkişaf üçün kifayət etmir. Bu məsələ ictimai müzakirəyə çıxarılmalıdır. Çünki dünya təcrübəsi mövcuddur və müxtəlif ölkələrdə fərqli modellər tətbiq olunur. Azərbaycan da qanunvericilik bazasını təkmilləşdirərək bu təcrübədən faydalana bilər” – o sonda qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneinin oğlu da ÖLDÜRÜLƏCƏK! - Yeni əməliyyat başladı