Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək.
Modern.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək. Görüş saat 17:30-da başlayacaq.
Günün digər oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. "Qarabağ" turnirin son çempionu "Sabah"ı qəbul edəcək. Matç saat 20:00-da start götürəcək.
Bu komandalar arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.
3 aprel (cümə)
17:30. “Turan Tovuz” – “Zirə”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
20:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu