Modern.az

Dövlət qurumlarının əməkdaşları arasında NƏRD YARIŞI

Dövlət qurumlarının əməkdaşları arasında NƏRD YARIŞI

İdman

Bu gün, 21:57

Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə bu gün dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə 43 əməkdaş (32 kişi və 11 qadın) iştirak edib.

Qadınlar arasında Lətifə Məmmədova (Medianın İnkişafı Agentliyi) yarışın qalibi olub. İlahə Ələkbərova (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ikinci, Aysel Səfərova (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) üçüncü yeri tutublar.

Kişilər arasında Teyyub Məmmədov (Ali Məhkəmə) birinci olub. Bəhruz Quliyev ("AzerGold" QSC) yarışı ikinci, Coşqun Mütəllimov (Ali Məhkəmə) isə üçüncü pillədə başa vurublar.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ