Ötən ay Azərbaycanın yeganə regional bankı olan "Naxçıvanbank" adını və təşkilati-hüquqi formasını dəyişib.
Modern.az-ın məlumatına görə, "Naxçıvanbank" “E-Kredit" MMC adı altında bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyini elan edib.
Bundan əvvəl 2023-cü ildə "Günay Bank"və “Muğan Bank” bağlanmışdı. 2020-ci ildə isə 4 bank - "AGBank", "Amrahbank", "AtaBank", "NBCBank" fəaliyyətini dayandırmışdı.
Bununla da Azərbaycanda fəaliyyət göstərən bankların sayı 22-yə düşüb. Banklar artıq ilin ilk yarısını əhatə edən (yanvar-iyun) maliyyə hesabatlarını açıqlayıb.
Məlumata görə, xalis mənfəəti ən çox olan banklar “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” və “Paşa Bank”dır.
Digər bankların ilin ilk yarısında xalis mənfəəti aşağıdakı kimi olub:
|
№ |
Bankın adı |
2024-cü ilin birinci rübündə mənfəət (manatla) |
|
1. |
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
172.4 milyon |
|
2. |
Kapital Bank |
123.9 milyon |
|
3. |
Paşa Bank |
119 milyon |
|
4. |
Xalq Bank |
34 milyon |
|
5. |
Access Bank |
27.2 milyon |
|
6. |
Bank Respublika |
26.3 milyon |
|
7. |
Yelo Bank |
26 milyon |
|
8. |
Azər Türk Bank ASC |
13.6 milyon |
|
9. |
Unibank |
11.5 milyon |
|
10. |
Bank of Baku |
11 milyon |
|
11. |
Rabitəbank |
10.6 milyon |
|
12. |
Premium Bank |
8.9 milyon |
|
13. |
Ziraat Bank Azərbaycan |
8.1 milyon |
|
14. |
Expressbank |
6 milyon |
|
15. |
Bank VTB Azərbaycan |
4.7 milyon |
|
16. |
Yapı Kredi Bank Azərbaycan |
4.4 milyon |
|
17. |
Bank Milli İran Bakı filialı |
3.4 milyon |
|
18. |
Bank BTB* |
3 milyon |
|
19. |
Azərbaycan Sənaye Bankı |
2.9 milyon |
|
20. |
Bank Avrasiya |
1 milyon |
|
21. |
Turanbank |
852 min |
|
22. |
AFB Bank |
634 min |
*Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərc nəzərə alınmayıb.