Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi 2026-cı ilin tələbatını qarşılamaq məqsədilə irihəcmli satınalma proseduruna start verib.
Modern.az xəbər verir ki, müsabiqə sürücülük vəsiqələrinin, avtomobil nömrələrinin və qeydiyyat şəhadətnamələrinin hazırlanması üçün zəruri olan xüsusi materialların və ehtiyat hissələrinin tədarükünü nəzərdə tutur.
Tenderdə müəyyən olunan dəqiq məbləğ 34 779 043,82 AZN-dir.
Dövlət qeydiyyat nişanları, sürücülük vəsiqələri və qeydiyyat şəhadətnamələri, və digər irəli gələn zəruriyyətlər satınalmanın predmetidir.
Müsabiqə ölkə üzrə yol hərəkəti təhlükəsizliyi və sənədləşmə xidmətlərinin fasiləsizliyini təmin etmək baxımından strateji əhəmiyyət kəsb edir.