Modern.az

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşdı

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşdı

İqtisadiyyat

16 Yanvar 2026, 09:46

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,42 ABŞ dollar azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,42 ABŞ dolları və ya 3,37 % azalaraq 69,29 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır