Modern.az

Azərbaycan gündəlik milyonlarla dollar əlavə gəlir əldə edir

Azərbaycan gündəlik milyonlarla dollar əlavə gəlir əldə edir

İqtisadiyyat

Bu gün, 14:08

Fevralın 28-dən başlayan ABŞ-İsrail-İran müharibəsi dünya neft bazarına ciddi təsir göstərib

Hadisələr Yaxın Şərqdə geopolitik gərginliyi artırıb və qlobal enerji bazarında qiymətlərin kəskin yüksəlməsinə səbəb olub. London birjasında “Brent” markalı neftin qiyməti bir barel üçün 73–80 ABŞ dolları səviyyəsini keçib. Analitiklər neftin qiymətinin 100 ABŞ dollarına qədər qalxa biləcəyini də istisna etmirlər.

Hərbi eskalasiya neft ixracatçısı olan Azərbaycan üçün də artan qiymətlər fonunda əlavə valyuta qazanmaq imkanı yaradır. Artıq "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti bu gün səhər 6,85 ABŞ dollar artıb.

İqtisadçı İlham Şaban Modern.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyət hesabına yaranan qazancı hesablamaq hələ tezdir:

“Hesabatlar rüblük və illiyin yekunu olaraq verilir. Günlük mənfəət anlayışı böyük və davamlı neft ixracında çox mütəhərrik və olduqca xırda anlayışdır. Bunu ayrıca qazanc artımı kimi qəbul etmək düzgün deyil. Əlbəttə, nəzəri olaraq deyə bilərik ki, gündə 550 min barel neft hasil edirik. Artım hesabına yaranan qiymət fərqini bu rəqəmə vuraq, deyək, əlavə qazancımızdır. Amma qeyd etdiyim kimi, yekuna baxacağıq".

Ekspert bildirib ki, heç kim müharibənin Yaxın Şərq miqyasını alacağını bilmirdi:

"Qəfil regional müharibə tezliklə bitə bilər. İndi 1 bareli 80 dollar olan neftin dəyəri əvvəlki stabil qiymətin altına da düşə bilər. Hadisələrin gedişatını, xüsusilə, yekunu gözləmək lazımdır”, - o deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğandan ŞOK XƏBƏRDARLIQ - Türkiyə İrandakı müharibəyə qoşulur?