Modern.az

Qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi - SİYAHI

Qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi - SİYAHI

İqtisadiyyat

Bu gün, 17:24

2026-cı ilin yanvar ayında qeyri-neft sektoru üzrə Azərbaycanın 5 əsas ixrac tərəfdaşlarının siyahısı açıqlanıb.

Modern.az xəbər verir ki,  bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”nın 2026-cı ilin yanvar ayına dair buraxılışında dərc edilib. 

Məlumata görə, 2026-cı ilin yanvarında qeyri-neft sektoru üzrə ən çox ixrac həyata keçirilən ölkə Rusiya olub. Bu ölkəyə ixracın dəyəri 77 milyon ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici 81 milyon dollar olub.

İkinci yerdə İsveçrə qərarlaşıb. 2026-cı ilin yanvarında İsveçrəyə 38,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. 2025-ci ilin yanvarında isə bu rəqəm 22,2 milyon dollar olub.

Siyahıda üçüncü pillədə isə Gürcüstan yer alıb. Bu ölkəyə ixrac 2026-cı ilin yanvarında 31,6 milyon dollar təşkil edib. 2025-ci ilin eyni ayında isə 26,5 milyon dollar səviyyəsində olub.

Dördüncü sırada Türkiyə qərarlaşıb. 2026-cı ilin yanvarında Türkiyəyə ixrac 31,5 milyon dollar olub. 2025-ci ilin yanvarında isə bu göstərici 37,1 milyon dollar təşkil edib.

Beşinci yerdə isə Ukrayna yer alıb. 2026-cı ilin yanvarında Ukraynaya 15,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 21,8 milyon təşkil edib.

 

Sizə yeni x var
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada