Modern.az

Gülyanaq və Mənsum Özbəkistanda təltif olundu

Gülyanaq və Mənsum Özbəkistanda təltif olundu

Mədəniyyət

30 Yanvar 2026, 01:39

Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən təltif olunublar.

 

Modern.az xəbər verir ki, bu barədə Teleqraf-a xalq artisti Gülyanaq Məmmədova məlumat verib.

 

"Mənsum İbrahimovla birlikdə Özbəkistanda böyük bir tədbirə dəvət aldıq. Orada ölkənin Mədəniyyət Nazirliyinin “Mədəniyyət və incəsənət fədaisi” medalı ilə təltif olunduq. Eyni zamanda, "Yeni Özbəkistan Ulduzları” milli mədəniyyət və incəsənət mükafatının təntənəli təqdimetmə mərasimində konsertdə fəxri qonaq kimi iştirak etdik", - xalq artisti əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır