Modern.az

Azərbaycan səfiri Fransa telekanalında MÜSAHİBƏ verdi

Azərbaycan səfiri Fransa telekanalında MÜSAHİBƏ verdi

Müsahibə

11 Aprel 2017, 13:51

Fransanın məşhur TV5 Mond telekanalı Azərbaycan Respublikasının Fransadakı səfiri Elçin Əmirbəyovdan müsahibə alıb. Həmin müsahibənin Azərbaycan dilinə tərcüməsi Fransa- Azərbaycan parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyev tərəfindən Modern.az-a təqdim olunub və müsahibənin tam mətnini oxucularımızın diqqətinə çatdırırıq.

 

Müxbir: Bu günkü qonağımız Azərbaycanın Fransadakı səfiri cənab Elçin Əmirbəyovdur.  Salam, cənab səfir.

E.Ə. - Axşamınız xeyir.

Müxbir: - Sizin ölkənizlə Ermənistan arasında Dağlıq Qarabağ regionu ilə bağlı bir münaqişə var. Xatırlayırıq ki, bir il bundan öncə bu münaqişə yenidən alovlanmışdı. Bu gün durum necədir?

E.Ə. - Bu dəvətə görə mən sizə bir daha minnətdarlıq edirəm. Mənə elə gəlir ki, bu gün durumun necə olduğunu anlamaq üçün bəzən dondurulmuş, unuduşlmuş münaqişə kimi dəyərləndirilən Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirmək lazımdır.  Amma bunun dondurulmuş münaqşə adlandırılması ilə razı deyiləm, çünki sizin də xatırlatdığınız kimi, bir il bundan öncə baş vermiş hadisələr bu münaqişədə durumun nə qədər kövrək olduğunu bir daha göstərdi. Bu münaqişə 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalıçıq siyasəti nəticəsində yaranmışdır.  Bu təcavüz nəticəsində bölgədə yaşayan azərbaycanlıların etnik təmizlənməsi baş vermişdir. Burada söhbət yalnız Dağlıq Qarabağdan getmir, xəritə üzərində də gördüyünüz kimi, ətrafdakı yeddi rayon da işğala məruz qalmışdır. Bütün bu torpaqlar 25 ildir ki, işğal olunub. Təbii ki, bu işğal beynəlxalq insan haqlarının hamının gözü qarşısında tapdalanması deməkdir və o, dəfələrlə BMT tərəfindən, Avropa Şurası tərəfindən pislənilmiş və BMT TŞ işğalçı erməni silahlı qüvvələrinin bu torpaqlardan dərhal və heç bir şərt qoymadan çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir.

Müxbir: -Deməli, burada özünü “Respublika” elan etmiş və heç bir ölkənin, yəni beynəlxalq ictimaiyyətin tanımadığı bir anklav vardır. Bununla bağlı bu axşam siz ölkənizin müvqeyini bildirdiniz və təbii ki, Ermənistan bu mövqeyi bölüşməz. Bu gün bu münaqişənin həllinin harasındayıq?

 

E.Ə. - Bu gün biz danışıqların dalana dirəndiyini görürük. Təəssüflər olsun ki, Ermənistan münaqişənin indiki “status - kvo” vəziyyətini qoruyub saxlamaq yolunu tutub. Yəni Ermənistan münaqişənin həllində heç bir tərpəniş etmək istəmir. O fikirləşir ki, danışıqları dayandırmaqla, “status kvo”nu qoruyub saxlamaqla bu münaqişəni öz xeyrinə həllinə nail ola bilər.  Amma, fikrimcə, bu yanlış bir baxışdır, çünki erməni silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş və onlarla insan həyatına son qoymuş  ötən ilin aprel hadisələri də siyasi razılaşmaların olmadığı halda təmas xəttində durumun nə qədər kövrək olduğunu göstərdi.

 

Müxbir: - Yeri gəlmişkən, Rusiya diplomatiyasının şefi Sergey Lavrov bu məsələyə münasibət bildirərək demişdir ki, hər iki ölkəni kompromisdə  fəal olmağa çağırır. O bildirmişdir ki, Rusiya bu münaqişənin həllinə çalışır. Həmçinin burada Fransa da vasitəçi qismində çıxış edir. Prezident İlham Əliyevi, təxminən iki həftə olar ki, prezident Fransua Holland qəbul etmişdir. Bunun nəticəsi nə oldu?

 

E.Ə. - Mən düşünürəm ki, Azərbaycan Prezidentinin bu səfəri, onun prezident Holland ilə danışıqları Fransanın sülh danışıqlarına nə dərəcədə cəlb olunduğunu bir daha göstərdi. Bildiyiniz ki, 1997-ci ildən bəri Fransa ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən üç ölkədən biridir. Bu vasitəçilik çərçivəsində Fransa 2014-cü ildə tərəflərin zirvə görüşünü təşkil etmişdi. Çox maraqlı danışıqlar olmuşdu.  Bu xeyli ümidverici görünürdü. Amma təəssüflər olsun ki, bu zirvə görüşündən bir həftə sonra erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirməyə başladılar. Əlbəttə, bu, danışıqlar prosesinə vurulmuş bir şillə idi. Ötən ilin aprel ayında baş vermiş hadisələr zamanı Azərbaycan öz ərazilərinin bir qismini işğaldan azad etdi.O vaxtdan da Ermənistan Azərbaycan ilə hər hansı birbaşa kontaktdan qaçır. Əslində bu münaqişənin nəticələri Azərbaycan üçün çox ağır olmuşdur: doqquz milyonluq əhalinin bir milyonu qaçqın və ya köçkün durumuna düşmüşdür. Bu isə Azərbaycan əhalisinin 11%-i deməkdir. Bütün bunlar ermənilərin işğal etdikləri ərazilərdə etnik təmizləmə siyasəti aparmasının nəticəsi idi.

 

Müxbir: - Azərbaycan ilə Fransa arasındakı iqtisadi əməkdaşlıq nə yerdədir? İki ölkə başçılarının görüşü zamanı da iqtisadi əməkdaşlıqla bağlı məslələr müsakirə edilmişdir. O da məlumdur ki, ölkəniz neft ölkəsidir və son zamanlar bu sektorda böhran yaşanır. Ölkəniz bu duruma necə uyğunlaşır?

 

E.Ə. - Hər şeydən öncə, qeyd etmək istəyirəm ki, Avropa İttifaqında Fransa Azərbaycanın əsas iqtisadi partnyorlarından biridir. Bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi bayram edilir. Fransa bizim müstəqilliyimizin bərpasını tanıyan ikinci ölkədir. Hələ 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası mövcud olmuşdur. Fransa üçün də Azərbaycan əsas iqtisadi və ticari tərəfdaşlardan biridir. Bizim müsrəqillik əldə etdiyimiz dövrdən bəri Fransa bizim iqtisadiyyatımıza  2.4 milyard dollar yatırım etmişdir. Əvvəllər neft və qaz sahəsinə yatırımlar edilmişdir. Bu gün 50-dən artıq fransız şirkətinin Azərbaycanda yerləşməsi onların fərqli sahələrdə çalışdığını göstərir.

 

Müxbir: - Neftin qiymətinin düşməsinin təsiri hiss olunurmu?

E.Ə. - Təbii ki, hiss olunur, çünki iqitsadiyyatımızın neftdən asılılığı çoxdur. Artıq, xeyli vaxtdır ki, ölkəmizdə iqtisadiyyatın diversifikasiyası siyasəti yeridilir. Yəni qeyri-neft və qaz sahələri – kənd təsərrüfatı, üzümçülük, türizm, infromasiya texnologiyaları, kosmos proqramları və digər sahələr inkişaf etdirilir. Hesab edirəm ki, bu siyasət nəticəsində bizim iqtisadiyyatın neft və qaz gəlirlərindən asılılığı azalmışdır. Azərbaycan hidro-karbonat ehtiyatlarının Gürcüstandan və Türkiyədən keçərək Xəzər dənizindən Qara dənizə və oradan da Avropa bazarlarına daşınması sahəsində Avropa İttifaqının əsas strateji partnyorlarından biri olaraq qalır.   

Müxbir: - Cənab Səfir, bəzən sizin ölkənizi insan haqlarının pozulduğu bir yer olaraq barmaqla göstərirkər. Bu gün Azərbaycanda insan haqlarının qorunmasının durumu necədir?

E.Ə. - Bu sahədə durumun necə olduğunu anlamaq üçün Azərbaycana gəlmək lazımdır. Mən Azərbaycanla bağlı yaranmış  stereotiplərin xəlitəsi ilə bağlı şərh vermək istəmirəm. Bilmək lazımdır ki, Azərbaycan 1918-ci ildə müsəlman dünyasında ilk dəfə parlamentli demokratik respublika qurmuş bir dövlətdir. Bir çox Avropa ölkələrindən də qabaq qadına seçki hüququ verilmişdir.  Ölüm hökmü ləğv edilmişdir. 2011-ci ildə Avropa Şurasına daxil olmuşuq. Bir sıra siyasi, o cümlədən də insan haqları sahəsi ilə bağlı, cəmiyyətin liberallaşdırılması ilə bağlı islahatlar həyata keçirilmişdir. Amma qəbul etmək lazımdır ki, tarixin fövqündə 25 il elə də böyük bir zaman deyil. Təbii ki, biz çalışırıq. Onu da qeyd edim ki, Azərbaycan fərqli mədəniyyətlərin və dinlərin birgə harmoniyada yaşadığı bir dövlət modelidir.

Müxbir: - Azərbaycanın Fransadakı səfiri cənab Elçin Əmirbəyova bizim suallara cavb verdiyi üçün minnətdalığımızi bildiririk.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir