Modern.az

Doğum günündə də məşğul olan Fəxrəddin Manafov sevənləri ilə görüşür

Doğum günündə də məşğul olan Fəxrəddin Manafov sevənləri ilə görüşür

2 Avqust 2017, 12:04

Bu gün xalq artisti, məşhur teatr və kino aktyoru, çoxlarının  “Zaur”  obrazı ilə tanıdığı Fəxrəddin Manafovun ad günüdür. Belə ki, xalq artistinin 62 yaşı tamam olur.

Modern.az-ın məlumatına görə, Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir.

1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb.

Fəxrəddin Manafov “Təhminə”, “Ölsəm bağışla”, “Gecə qatarında qətl”, “Otel otağı”, “Silah” və digər filmlərlə məşhurlaşıb.

Modern.az saytı doğum günü münasibətilə Fəxrəddin Manafovla əlaqə yaradıb təəssüratlarını öyrənməyə çalışdı. Lakin xalq artisti məşğul olduğunu qeyd edib qısa təəssüratlarını bölüşdü:


“Doğum günümü yaxşı qeyd edəcəm. Çox sağ olun, təşəkkür edirəm diqqətinizə görə. Lakin indi bir az məşğulam”.

Qeyd edək ki, doğum günündə  Fəxrəddin Manafov sevənləri ilə görüşəcək.

Belə ki, bu görüş YARAT Müasir İncəsənət Məkanında baş tutacaq.  Aktyor Milli Kino Gününü pərəstişkarları ilə birlikdə qeyd edəcək, ona ünvanlanan sualları cavablandıracaq və sevənləri ilə şəkillər çəkdirəcək.

Daha sonra mərkəzdə F.Manafov və türkiyəli aktrisa Meral Konratın çəkildiyi “Təhminə” filmi nümayiş olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir