Modern.az

REAL hərəkatı Hacıbala Abutalıbovdan cavab gözləyir  

REAL hərəkatı Hacıbala Abutalıbovdan cavab gözləyir   

9 Oktyabr 2017, 12:06

Xəbər verdiyimiz kimi,  REAL Hərəkatı oktyabrın 29-da da təşkilatın partiyaya çevrilməsi üçün  I təsis qurultayını keçirəcək və  yer ayrılmasından ötrü əlaqədar qurumlara da müraciət edib.  

 

REAL  Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə 3 məkan təklif edib. Təşəbbüs qrupunun müraciətində dövlət qurumlarından xahiş edilir ki, 3 məkandan biri – Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı, Təbriz Kinoteatrı və ya Bakı Kinoteatrı qurultaydan ötrü bir günlüyə hərəkatın istifadəsinə ayrılsın.

 

REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, qurultayın keçirələcəyi məkanla bağlı hələ ki rəsmi cavab gəlməyib:

 

“Yerin seçimi bizdən asılı deyil. Biz rəsmi şəkildə müraciət etmişik, amma hələ buna cavab  gəlməyib.  Xahiş etmişik ki, 10 gün müddətində müraciətimizə cavab verilsin. Hələ bu müddət tamam olmayıb. Yalnız rəsmi cavabdan sonra hansı yer təklif ediləcəksə, bununla bağlı qərar olacaq”.

N.Cəfərli həmçinin qeyd edib ki, qurultayın keçiriləcəyi tarix dəyişməz olaraq qalıb:

“Müraciətimizdə qurultayın tarixi kimi  konkret olaraq oktyabrın 29-unu  qeyd etmişik. Hazırda bizdən asılı bir şey qalmayıb. Rəsmi cavabın  tələbləri nədən ibarət olacaqsa, ona uyğun qərarımızı verəcəyik.

Digər tərəfdən yer dəqiqləşməlidir ki, dəvətnamələri də paylaya bilək. Dəvətnaməyə ünvanı yaza bilmiriksə, mənası yoxdur”.

İcraçı katibin sözlərinə görə, REAL-ın müraciətinə oktyabrın 11-i də daxil olmaqla cavab verilməlidir. Çünki  müraciətdə  qeyd edilən 10 gün müddəti həmin tarixdə tamam olur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır