Modern.az

Bakcell-dən abunəçilərə sürpriz: pulsuz SMS günü

Bakcell-dən abunəçilərə sürpriz: pulsuz SMS günü

Təhsil

9 İyun 2011, 15:58

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti hər zaman olduğu kimi, BÜTÜN abunəçilərini yeni-yeni xoş xəbərlərlə sevindirir. Bu dəfə Bakcell öz abunəçilərinə daha bir gözəl sürpriz bəxş edərək, bir gün ərzində digər Bakcell abunəçilərinə pulsuz SMS göndərmək imkanı yaradır. 

Pulsuz SMS günü kampaniyası iyunun 10-da keçiriləcək və Bakcell abunəçilərinə öz doğma və yaxınlarına SMS mesajlarını pulsuz göndərmək fürsətini yaradacaq. Pulsuz SMS günü ərzində bütün Bakcell abunəçiləri bir-birlərinə şəbəkədaxili istənilən sayda SMS göndərə bilərlər. 

Bakcell-ə daha yaxın olun və pulsuz SMS vasitəsilə doğma və yaxınlarınızla doyunca ünsiyyət saxlayın!

Bakcell-in digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var