Modern.az

Milli Şuranın bugünkü mitinqi ilə bağlı rəsmi MƏLUMAT: 1000 nəfər iştirak edib

Milli Şuranın bugünkü mitinqi ilə bağlı rəsmi MƏLUMAT: 1000 nəfər iştirak edib

Aktual

28 Oktyabr 2017, 17:14

Milli Şura Bakının mərkəzində növbəti etiraz aksiyasını keçirib.

 

Bakı Şəhər Baş Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi baş tutub.

 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1000 (min)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir