Modern.az

Jurnalist Nicat Dağlar avtomobil qəzasına düşdü  

Jurnalist Nicat Dağlar avtomobil qəzasına düşdü   

Aktual

7 Noyabr 2017, 13:19

“Azerfax” saytının rəhbəri Nicat Dağlar avtomobil qəzasına düşüb.

Modern.az-ın məlumatına görə, bu haqda xəbəri jurnalistin həyat yoldaşı Ülviyyə Hüseynova verib.
Onun sözlərinə görə, Nicat Dağlar bu gecə Bakıdan Gəncəyə gedirmiş. Jurnalistin olduğu avtomobil yolda qəzaya uğrayıb.

“Nicatın olduğu “Mersedes” markalı maşın “Kamaz”la toqquşub. Allaha çox şükür ki, Nicat sağ-salamatdır. Ayaqlarından xəsarət alıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?