Modern.az

İran səfiri Tehranla Bakının arasını vurmaq istəyənlərə mesaj verdi

İran səfiri Tehranla Bakının arasını vurmaq istəyənlərə mesaj verdi

9 Fevral 2018, 20:02

Bakıda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə ziyafət təşkil edilib.

 

Modern.az xəbər verir ki, mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə və digər rəsmi şəxslər iştirak edib.

 

Tədbirdə çıxış edən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib ki, hazırda beynəlxalq iqtisadi göstəricilərə görə, İran dünyanın ən güclü iqtisadiyyatına malik olan 18-ci ölkəsidir. İran regional sabitlik amili kimi çıxış edib, terror və İŞİD təhlükəsinin qarşısını almaq üçün ciddi addımlar atıb.

 

Azərbaycan və İran arasında dostluq və qardaşlığa əsaslanan münasibətlərin gün-gündən inkişaf etdiyini deyən səfir  bildirib ki, iki ölkə başçıları  arasındakı səmimi münasibətlər  əməkdaşlığın güclü dayağıdır:

 

"İran və Azərbaycan düşmənləri  bu qardaşlıq durumuna heç vaxt ziyan verə bilməyəcəklərini yaxşı bilirlər.  

 

Son illər iki ölkə arasında turist  mübadiləsində  artım olub  və bu, dostluq, səmimiyyətin zəmanətidir. Çox şadıq ki, ölkələrimiz arasında  Şimal- Cənub nəqliyyat dəhlizi,  avtomobil istehsalı zavodu kimi ciddi layihələr həyata keçirilir. Ölkələr arasındakı  daimi məsləhətləşmələr bu bağların möhkəmlənməsinə zəmin yaradır. Hökumətlərarası müştərək iqtisadi komissiya İran və Azərbaycan dostluğunun möhkəmlənməsi yolunda ortaq işlərin görülməsində geniş layihələrə malikdir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür