Modern.az

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 30 faiz artıb

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 30 faiz artıb

9 Fevral 2018, 20:42

“Azərbaycan və İranı ortaq mənəvi dəyərlər birləşdirir”.

Modern.az xəbər verir ki, bunu   İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə çıxış edən iqtisadiyyat  naziri  Şahin Mustafayev  bildirib.

 

Şahin Mustafayev vurğulayıb ki, iki qonşu ölkə arasında əlaqələr ən yüksək səviyyəyə qalxıb:  “Son 4 ildə investisiya, ticarət sahəsində inkişaf əldə olunub.  2017 -ci ildə ticarət dövriyyəsi 30 faiz artıb.

 

Dünən Astara-Astara dəmiryolu xətti üzrə ilk sınaq yük qatarı İrana yola salınıb. İranda yük terminalının tikintisinə başlanılıb. Azərbaycan İran Rəşt-Astara dəmiryolu layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar aparılır. 

 

Bundan başqa, ölkələrimiz arasında humanitar, təhsil, mədəniyyət sahələrində də inkişaf davam edir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır