Modern.az

Bu gün 83 min məzun üçün son zəng çalınacaq

Bu gün 83 min məzun üçün son zəng çalınacaq

Aktual

14 İyun 2018, 00:05

İyunun 14-də Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçiriləcək.

Son zənglə bağlı Təhsil Nazirliyi hansı gücləndirici, nəzarətedici tədbirlər görür? Xüsusi tədbirlər olacaqmı?

Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görüləcək:

“Ölkəmizin ümumi təhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi bütün yerli təhsili idarəetmə qurumlarına tövsiyə olunub!.

Rəsmi məlumata görə, 2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin IX sinifləri üzrə 28 125, XI sinifləri üzrə 19 192 nəfər şagird məzun olur.

Xatırladaq ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayır, iyunun 14-də başa çatır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir