Modern.az

Bayramda kəsim məntəqələrində heyvan kəsənlər icra hakimiyyətlərinə müraciət etməlidir - XƏBƏRDARLIQ

Bayramda kəsim məntəqələrində heyvan kəsənlər icra hakimiyyətlərinə müraciət etməlidir - XƏBƏRDARLIQ

Aktual

16 Avqust 2018, 10:48

Qurban bayramında əhalinin  rahat və sanitar-gigienik normalara uyğun şəraitdə heyvan kəsimini təmin etmək üçün yerlərdə müvəqqəti kəsim məntəqələri yaradılır.

Bu barədə  Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az saytına məlumat verib:

“Qurban bayramında əhalinin rahat və sanitar-gigienik normalara uyğun şəraitdə heyvan kəsimini həyata keçirməsi və qurbanlıq ət almalarını təmin etmək üçün standartlara cavab verən mövcud heyvan kəsimi məntəqələri ilə yanaşı, yerli icra hakimiyyətləri tərəfindən təşkil olunan müvəqqəti kəsim məntəqələri də fəaliyyət göstərəcək.

Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət edə bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir