Modern.az

Azad Rəhimov diaspor gənclərinin təşəbbüsünü alqışladı  

Azad Rəhimov diaspor gənclərinin təşəbbüsünü alqışladı   

24 Avqust 2018, 16:25

"Azərbaycan tarixi, həqiqi sözlərinin ifadə edilməsi, torpaqlarının qaytarılması istiqamətində görülən işlər yalnız Bakıda aparılmamalıdır. Bu cür işlər Avropada, dünya ölkələrində savadlı, bilikli gənclər vasitəsilə davam etdirilməlidir".

Modern.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov Diaspor Gənclərinin I Yay Düşərgəsində jurnalistlərə açıqlaması zamanı deyib.


Nazir qeyd edib ki, ölkəni dünyada tanıtmaq, həqiqi mənada lobbiçilik yaratmaq kifayət qədər əhəmiyyətli və vacib işdir:


“Öncə qeyd etmək istəyərdim ki, Azərbaycanda diaspor gənclərinin ilk dəfə belə bir forumu, yay düşərgəsi keçilir. Bundan əvvəl biz bir dəfə Frankfurt şəhərində Avropa gənclərinin konfransını keçirib, onları bir yerə toplamışıq. Daha sonra 6-7 il bu sahədə iş aparılmayıb. Şadam ki, artıq bu istiqamətdə canlanma yaranıb. Düşünürəm ki, belə tədbirlər ölkə üçün çox vacibdir. Bu sahədə biz bir çox xarici ölkədə təhsil alan tələbələrlə birgə fəaliyyət göstərmişik. Diasporla İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi birlikdə bu işi bərpa edəcək. Necə ki, keçmişdə Vyana, Brüssel, Moskva və başqa ölkələrdə bu cür tədbirlər keçirilib, bundan sonra da işlər davam etdiriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi