Modern.az

REAL-a üzv olmaq istəyənlər arasında tanınmışlar yoxdur

REAL-a üzv olmaq istəyənlər arasında tanınmışlar yoxdur

28 Avqust 2018, 10:38

“İlqar Məmmədovun azadlığa çıxması REAL-a üzv olmaq istəyənlərin sayına təsir edib.  Təqribən son 15 gündə REAL-ın tarixində görünməmiş sayda onlayn  müraciətlər daxil olub”.

 

Bunu  REAL Partiyasının icraçı katibi Natiq Cəfərli Modern.az saytına açıqlamasında deyib. O bildirib ki, hazırda partiyaya üzv olmaq istəyənlər  var:

“Hətta  müraciət sayının çoxluğu ilə bağlı saytımızda kiçik problem də yaşadıq, sonra onu həll etdik”.

N.Cəfərli qeyd edib ki,  üzv olmaq üçün müraciət edənlər arasında hələki tanınmış şəxslər yoxdur:

“Partiyamıza üzv olmaq istəyənlər arasında ictimai-siyasi həyatda aktiv olan insanlar yoxdur. Əsasən  müraciət edənlər gənclər, tələbələr, yaşı 30-a qədər olanlar, müxtəlif peşə sahibləri, kiçik biznesdə çalışan insanlardır.

Ümumiyyətlə, İlqar Məmmədov həbsdən azad olunan  günə kimi REAL-ın 2300-dən çox rəsmi üzvü var idi. İndi yəqin ki, həmin rəqəm 4 minə yaxınlaşır”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı