UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "Real Madrid"lə Rusiyanın MOİK komandası qarşılaşıb.
Modern.az-ın məlumatına görə, "G" qrupunun oyunu "Santiaqo Bernabeu" stadionunda baş tutub, qonaq komanda madridlilərin qapısından 3 cavabsız qol keçirib.
Oyunda hesabı 37-ci dəqiqədə Fyodor Çalov açıb, 6 dəqiqə sonra hesabda fərq artıb - Georgi Şennikov fərqlənib. Oyunda sonuncu qolu Arnor Siqurdson vurub. Beləliklə oyun 0:3 MOİK komandasının qəlbəsi yekunlaşıb.
Qrupun digər oyunu Çexiyada keçirilib. "Viktoria Plzen" İtaliyanın "Roma"sını qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qollar: Yan Kovarik (62' - 1:0), Çengiz Ündər (68' - 1:1), Tomas Çori (72' - 2:1).
Nəticə etibarı ilə, "Real Madrid" və "Roma" klubları Çempionlar Liqasının "pley-off" mərhələsinə, "Viktoria Plzen" is' "Avropa Liqasına" vəsiqə qazanıb.