Arxiv
11 mart 2019, 10:13 | ƏDƏBİYYAT
Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - V YAZI

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor 


Elat  mədəniyyətində  türk  mərdliyi, yaxın  münasibəti, dostluğu, comərdliyi  və  sadəliyi ən dəyərli keyfiyyətlər olmaqla təbiətinə və əməlinə yaraşan iş kimi qiymətləndirmişdir. Bu keyfiyyətlər həm də türkün genetik kodunu başqalarından fərqləndirir. Belə keyfiyyətlər heç zaman ölmür, itmir, genetik  kod  onun  ölümünə, itiminə imkan vermir. Əksinə, izləyir, müşahidə edir, stimullaşdırır. Necə ki, “Keçmə namərd körpüsündən qoy aparsın sel səni, Yatma tülkü kölgəsində qoy yesin aslan səni” misralarına stimul verən genetik kod Oğuz babalarımızın söylədiyi “Müxənnət körpüsündən keçməkdən suya boğulmaq yegdir” (Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 176) atalar sözü ilə bağlıdır. Türkün comərdliyinin, sadiqliyinin genetik kodu Oğuz babalarımızın aşağıdakı atalar sözündədir:

Dəvə  gördünmi  desələr, köşəgin də  görmədim  di.

Dost  gəlməyincəyaramaza  satılma.

Havadakı  quşı  satma. Dənizdəki  balığı  satma.

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 98, 100, 101, 187).

 

Azərbaycan atalar sözü: “Birdaşaltda, birdaşüstdə”.

(Atalar  sözü. Bakı, “Öndər Nəşriyyat”, 2004, s. 57).

Yaxud, “Qutadqu bilik”də  comərdliyin, sadəliyin genetik kodu türk mənəviyyatının  bir  daha  zənginliyindən  xəbər  verir:

Bəyə  comərdlik  və  sadəlik  lazımdır,

Sadəliklə bərabər  xoşxasiyyət  olmalıdır.

 

Comərd ol, bağışla, yedirt  və  içirt,

Malınazalsa, vur-al, yenəvarlan.

 

Cəsur  və  ürəkli  insan  üçün  mal,

Ağ  şahin  üçün  yem  əskik  olmaz.

(Yusif  Balasaqunlu. Qutadqu  bilik - xoşbəxtliyə  aparan  elm. Bakı,  Azərbaycan Dövlət  Nəşriyyatı, 1994,  s.164).

Mərd - namərd qarşılığı Azərbaycan atalar sözündə təsirli və kəsərli şəkildə özünü qoruyub saxlayır. Məs.:

Mərd  ələ  yapışar,  namərd  ayağa,  haray!

Mərd  əli  kasad  olmaz.

Mərd  igidlər  süfrə  açar,  ad  alar.

Mərd  kişi  çörəyini  daşdan  çıxardar.

Mərd  qədrini  mərd  bilər.

Mərd  mərdə  qənim  olar,

Mürtəza  Əli  hər  ikisinə.

Mərd  özündən  bilər,  namərd  özgədən.

Mərdə  arxa  çevir, namərdə  vermə  yaxa.

Mərdə  güllə  dəyməz  heç  kürəyindən.

Mərdi  qova-qova  namərd  eləmə.

Mərdin  gözü  tox  olar,  namərdin  gözü  ac.

Mərdin  qapısı  açıq  olar!

Mərdin  paxılı  deyilsən  ki?

Namərd  yoldaşından  görər,  mərd  Allahdan.

Namərdə  tuş  olanın  ciyəri  qana  dönər.

Namərdi  bir  gördün,  bir  də  görsən,  namərdsən.

Namərdin  çörəyi  dizinin  üstə  olar.

Namərdin  gözü  dar  olar.

Namərdin  sözünü  söz  eləmək  olmaz.

(Atalar sözü. Bakı, “Öndər Nəşriyyat”, 2004, s. 181, 182, 185).

Aşıq yaradıcılığında mərd-müxənnət, mərd-namərd oppozisiyasının poetik modeli çox geniş şəkildə verilmişdir. Onlardan bəzilərinə diqqət yetirək. Məsələn, Aşıq Ələsgərin yaradıcılığında:

Ahən  gəzər, səngə  verər  mər  dana,

Mərd  oğulun  qəhrin  çəkər  mərd  ana.

Mərd  iyid  meydanda  durar   mərdana,

Müxənnət  yapışar,  ayağa,  qarqar.

(Azərbaycan aşıq şeirindən seçmələr. Bakı, "Şərq-Qərb", 2005, s. 26).

 

Zodlu Usta Abdullanın yaradıcılığında:

Mərd  iyidlər  el  içində  qaladı,

Eşq  atəşi  səngimişdi,  qaladı.

İyid  ölsə  bu  dünyada  qaladı.

Müxənnətlər  gözləyəcək  hasini.

(Azərbaycan aşıq şeirindən seçmələr. Bakı, "Şərq-Qərb", 2005, s. 106).

Aşıq Ələsgərdən başqa bir misal:

Haqqnəzərin  Ələsgərdən  kəsmədi,

Yarqəddinə  yaraşanlar  kəsmədi.

Mərdin  qaydasıdı,  basdı,  kəsmədi,

Namərd  təpə-dırnaq  yara  yetirər.

(Azərbaycan aşıq şeirindən seçmələr. Bakı, "Şərq-Qərb", 2005, s. 28).

Türkün genetik kodunda yalançılığa, qorxaqlığa, vəfasızlığa, haqsızlığa qarşı ikrah, cəsurluğa, igidliyə, halallığa  hörmət  hissi  vardır.  Bir-biri  ilə  ziddiyyət  təşkil  edən bu keyfiyyətlər barəsində türkün idrak sahibləri poetik bəyanat verməyi də bacarmışlar:

Eşitgörvəfalı  insannədeyir,

İnsanüçüninsanlığın  başı  vəfadır:

 

Yalançının  əməli,hərəkəti  cəfadır,

Kimcəfaverirsə, oheyvandır.

 

Yalançı  adamdan  vəfa  gözləmə,

Bu, uzun  zamandan  bəri  sınanmış  sözdür.

 

Bəycəsur,igid  vəcürətli  olmalıdır,

Bəycəsarəti  ilədüşmənəqarşı  çıxmalıdır.

 

Cəsuradamqorxaqlarınbaşınakeçsə

Hamı  ondan  cəsarət  alar.

Busözə  şahidkimibu  beyti  oxu,

Busözükönlünəvəağlına  yaz:

Əgəraslan  itlərə  başçı  olsa,

Hər  it  qarşısındakınaaslan  kəsilər.

Əgər  it  aslanlara  başçılıq  etsə,

O  zaman  aslanların  hamısı  it  kimi  olar.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 164).

Comərdliklə bağlı Əhməd Yügnəki yazır:

Kamuğ  til  akı  er  senasınayur

Akılık  kamuğayb  kirini  yuyur

Akı  bol  sana  söz  söküne  kelmasün

Sökünçkelgüyolnı  akılık  tıyur.

 

Türkiyə türkcəsinə tərcüməsi:

Bütün  diller  cömert  kişinin  medhini  söyler

Cömertlikbütün  ayıpların  kirini  yıkar

Cömertol, sana  söz, sövgü  gelmesin

Sövgü  gelecek  yolu  cömertlik  tıkar.

 

Bu  budun  talusı  akı  er  turur

Akılık  şeref  cah  cemal  artu

Sevilmek  tilesen  kişiler  ara

Akı  bol  akılık  sini  sevdürür.

 

Türkiyə türkcəsinə tərcüməsi:

Buhalkın  seçkini  cömert  insandır

Cömertlik  şeref  ve  güzellik  arttırır

Sevilmek  diliyorsan  kişiler  arasında

Cömert  ol,  cömertlik  seni  sevdirir.

Türk həyatın, məişətin halallıq və haramlıq ziddiyyəti fonunda qurularaq min illər boyu belə də davam etdiyinə dərindən bələd olmuş və prosesin iştirakçısı kimi həmişə  birinciyə  -  halallığa  üstünlük  vermişdir.  Türkün genetik yaddaşında kim olursan ol, ancaq halal ol prinsipi aparıcı olmuşdur. O, halallıq və haramlıq, haqlılıq və haqsızlıq mübarizəsini gördüyü, bu işin iştirakçısı olduğu üçün belə söyləmişdir:

Haqlu  var,  haqsız  çıqar;  haqsız  var,  haqlu  çıxar,

Halalzadə  bazar  edər,  haramzadə  bozar.

Haramzadə  oğuldan  halalzadə  qul  yegdir.

Haq  sözü  acı  gəlür, Haram  yeyici  önməz.

Haq  batildən  qalmaz. Haq  batil  olmaz.

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 82, 93, 94).


Haqq,  halal,  haram  barəsində  Azərbaycan  atalar  sözü  geniş  təsəvvür  yaradır. Məs.:

Haqdan  keçmək  olmaz. Haqq  batil  olmaz.

Haqq  daşı  ağır  olar.  Haqq  doğrunun  yarıdır.

Haqq  əli  bekar  qalmaz;  gec  kəsər,  karlı  kəsər.

Haqq  gəlsin,  nahaqq  gəlməsin.

Haqq  haqqı  kəssə,  Allah  hər  ikisini  kəsər.

Haqq  iş  gündən  aydın  olar.

Haqq  işin  nahaqqından  qorxuram.

Haqq  nazilər,  üzülməz.

Haqq  söz  acı  olar.

Haqq  sözaxar  suları  saxlar.

Haqq  söz  danışanın  papağı  yırtıq  olar.

Haqq  sözdən  gül  iyi  gələr.

Haqq  sözlə  axan  sular  durular.

Haqqyandırançırağısöndürməkolmaz.

Haqq  yeyənin  adın  qoyarlar  Haqverdi.

Haqq  yıxılan  mərd  ölər.

Haqq  yiyəsinə  yad  olmaz.

Haqqı  tanıyan  xana  baş  əyməz.

Haqqın  əli  olsun,  batilin  yaxası.

Haqqın  verdiyinə  şükür  eləmək  nemət  artırır.

Haqlı  var  haqsız  çıxar,  haqsız  var  haqlı  çıxar.

Halal  incələr,  ancaq  üzülməz.

Halal  mal  heç  yerə  getməz.

Halalzada  barışdırdı,  haramzada  qarışdırdı.

Haram  gəldi  halalı  da  apardı.

Haram  gələn  harama  gedər.

Haram  mal  bərəkət  tutmaz.

Haram  şirin  (dadlı)  olur.

Haramın  binası  olmaz.

(Atalar  sözü.   Bakı, “Öndər  Nəşriyyat”,  2004,  s. 121, 122, 123).

Türkün idrak sahibləri dünya malının üç vəsfi  olduğunu  söyləmişdir:  halal  mal, şübhəli  mal, haram  mal.

Bu  dünya  malının  üç  vəsfi  vardır:

O  halal, şübhəli,  ya  da  haramdır.

Halala  hesab  var,  harama  cəza,

Əgər  şübhəlisə,  ondan  uzaq  gəz.

(Yusif Balasaqunlu. Qutadqu  bilik - xoşbəxtliyə  aparan  elm.  Bakı,  Azərbaycan Dövlət  Nəşriyyatı, 1994,  s. 267).

 

davamı var…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51 Bazar gününə Bakıda 35 dərəcə isti olacaq 24 Avqust 2019, 13:38 Bakıda 30 yaşlı qadın qohumunun evindən itkin düşüb 24 Avqust 2019, 13:26 Abel Məhərrəmovun kürəkəni vəfat etdi 24 Avqust 2019, 13:10 Türkiyədə Nəsiminin 650 illiyinə həsr olunmuş sikkə buraxılıb 24 Avqust 2019, 13:03 Bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib 24 Avqust 2019, 12:53 Hitler Almaniyası SSRİ-yə qalib gəlsəydi, Azərbaycanı nə gözləyirdi? - Tarixçilərdən CAVAB 24 Avqust 2019, 12:48 Türkiyənin İraqda başladığı əməliyyatın 4 hədəfi – Politoloq ŞƏRHİ 24 Avqust 2019, 12:34 Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək 24 Avqust 2019, 12:31 AQTA Maarifləndirir: Ədviyyatların insan sağlamlığı üçün xeyri və ziyanları 24 Avqust 2019, 12:15 Düşmən tapdağı altındakı Xocalının SON GÖRÜNTÜSÜ 24 Avqust 2019, 12:12 Rusiyada yol qəzasında 3 Ermənisan vətəndaşı öldü 24 Avqust 2019, 12:04 Vilayət Eyvazovdan yeni TƏYİNATLAR 24 Avqust 2019, 11:52 "Qarabağ" 20 min avro cərimələndi 24 Avqust 2019, 11:38 Bakıda 18 manata görə adam döydülər 24 Avqust 2019, 11:21