Modern.az

Təcili yardım çağırışlara niyə gecikir?..

Təcili yardım çağırışlara niyə gecikir?..

17 İyun 2020, 10:41

Son günlər təcili tibbi yardım çağırışları edən əksər insanlar tibb işçilərinin çağırışlara gecikməsindən gileylənir, hətta bəzən günlərlə cavab ala bilmədiklərini bildirirlər.

Bir neçə gün öncə atası vəfat edən jurnalist Seymur Kazımov da “Facebook” hesabında açıq şəkildə yazdığı məktubda bu problemə toxunub və paylaşım geniş müzakirələrə səbəb olub. Jurnalist xəstəxanalarda yer olmamasından və bu səbəbdən atasının xəstəxanaya yerləşdirilməsinin gecikməsindən də narazılığını dilə gətirib.

Bu cür riskli bir dönəmdə təcili yardım xidmətinin müraciətlərə gecikməsinə səbəb nədir? Doğrudanmı xəstəxanalar artıq yeni xəstə götürmək gücündə deyil?

Məsələ ilə bağlı Modern.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva təcili yardım maşınlarının çağırışlara gecikməsini müraciətlərin çoxluğu ilə əlaqələndirib:


“Təcili yardımda çağırışlara gecikmələrlə bağlı bildirə bilərik ki, sərt karantin günlərində “COVID-19”la bağlı və digər xsətəliklərə görə çağırışların sayı çox olur. Bu səbəbdən gecikmə halları yaşanır. Lakin hər bir çağırış icra edilir”.

TƏBİB nümayəndəsi xəstəxanalarda boş yerlərin olmaması məsələsinə də toxunub:

“Koronaviruslu xəstələr üçün xəstəxanalarda ayrılmış yerlər bitməyib. Hazırda modul tipli xəstəxana da fəaliyyətə başlayıb və yer qıtlığı yoxdur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu