Modern.az

İcra başçısı, 1-ci müavin və şöbə müdiri saxlanıldı - YENİLƏNİB

İcra başçısı, 1-ci müavin və şöbə müdiri saxlanıldı - YENİLƏNİB

Hadisə

19 Avqust 2020, 14:24

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu gün Kürdəmir rayon İcra Hakimiyyətində vətəndaşlardan daxil olan şikayətlər əsasında xüsusi əməliyyat keçirib.

Modern.az-a daxil olan məlumatda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun saxlanıldığı bildirilir.

Ceyhun Cəfərovla yanaşı, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimovun da saxlanıldığı vurğulanır.

Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Baş Prokurorluğun Mətbuat xidməti Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktı ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcəyini bildirib.

 
Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Cəfərov 2014-cü ildən bu vəzifədə çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı