Modern.az

Əli Nağıyev: “Bu hadisələr 20 il öncə ortaya çıxmalı idi”

Əli Nağıyev: “Bu hadisələr 20 il öncə ortaya çıxmalı idi”

26 Avqust 2020, 12:15

“Son günlərin hadisələrindən mənim də xəbərim var. Sadəcə onu deyə bilərəm ki, bu hadisələr 20 il bundan qabaq ortaya çıxmalı idi”.

 

Bu fikirləri Modern.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra baş verənlərə münasibət bildirərkən deyib.

 

Əli Nağıyev hazırda yaşanan qalmaqal barədə əlavə heç nə danışmaq istəmədiyini deyib.

 

Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni bir neçə gün bundan qabaq İlham Əliyev ölkədə davam edən karantin vaxtı qaydaları pozaraq qızına toy edib. Məlum toya ölkənin tanınmış ictimai-siyasi xadimlərinin də qatılması cəmiyyətdə narazılıqlara səbəb olub. Toy sahibi də başda olmaqla, toyda iştirak edənlər inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

 

AMEA prezidenti Ramiz Mehdiyev ünvanına əks səslənən fikirlərə cavab olaraq akademiyanın saytında geniş materialla çıxış  edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir