Modern.az

Goranboyda mikroavtobus aşdı: 4 nəfər öldü

Goranboyda mikroavtobus aşdı: 4 nəfər öldü

Hadisə

18 Avqust 2021, 21:24

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, "Ford" markalı mikroavtobusun aşması nəticəsində 4 nəfər dünyasını dəyişib, 10-dan artıq şəxs yaralanıb.

 

Məlumata görə, mikroavtobusun sərnişinləri Şəmkirdə təsərrüfat sahəsində çalışan fəhlələr olub. Onlar Yevlax rayonuna qayıdarkən qəzaya düşüblər.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır