Modern.az

Kürəkən qayınata və qayınanasını BIÇAQLADI

Kürəkən qayınata və qayınanasını BIÇAQLADI

Hadisə

21 Sentyabr 2021, 07:57

Bakının Sabunçu rayonunda ər və arvad bıçaqlanaraq, ağır xəsarətlər alıblar.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində baş verib.

 

1949-cu il təvəllüdlü Əliyev Müzəffər Gülhüseyn oğlu və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əliyeva Kəklik Ağasalah qızı kürəkənləri tərəfindən əvvəlcə döyülüblər.

Daha sonra kürəkən qayınanasına altı, qayınatasına isə üç bıçaq xəsarəti yetirib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?