Modern.az

Putin müharibədə ölən hərbçilərin analarına söz verdi

Putin müharibədə ölən hərbçilərin analarına söz verdi

25 Noyabr 2022, 18:00

Rusiya prezidenti Vladimir Putin bu gün Ukraynadakı müharibədə iştirak edən hərbçilərin anaları ilə görüşüb.
 

Modern.az TASS-a istinadən xəbər verir ki, Putin görüşdə hərbçi analarına müraciət edib.

Prezident övladları müharibədə ölən analara əvvəlcə başsağlığı verib.

Sonra əmin edib ki, o və ölkənin bütün rəhbərliyi hərbi əməliyyatlar zamanı oğullarını itirmiş anaların ağrısını bölüşürlər.
 

“Oğullarını itirən analara başsağlığı verməklə bağlı heç bir rəsmi, standart sözlər deməyə dil dönmür, amma bilmənizi istəyirəm: şəxsən mən, bütün ölkə rəhbərliyi, biz bu ağrıya şərikik, başa düşürük ki, analar üçün oğlunu, övlad itkisini heç nə əvəz edə bilməz”, - deyə dövlət başçısı hərbi qulluqçuların analarına müraciət edib.

Putin söz verib ki, ölən hərbçilərin anaları özlərini unudulmuş hiss etməsinlər deyə, ölkə hakimiyyəti hər şeyi edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi