"Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə KTMT-dəki işlərin vəziyyətini müzakirə etməyə çağırır".
Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA-ya müsahibəsində deyib.
Diplomat qeyd edib ki, hər kəs KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi səmərəliliyinin daha da təkmilləşdirilməsində maraqlıdır.
"Təbii ki, buna Ermənistanın tezliklə təşkilat daxilində normal və tam hüquqlu işinə qayıtması kömək edəcək. Təəssüf ki, erməni müttəfiqlərimiz indiyə qədər həqiqətən də ondan uzaqlaşıblar", - Pankin vurğulayıb.