Modern.az

Avrasiya İttifaqından çıxmaq Ermənistanın maraqlarına zidd olar - Rusiya XİN

Avrasiya İttifaqından çıxmaq Ermənistanın maraqlarına zidd olar - Rusiya XİN

Dünya

8 Fevral 2024, 11:26

“Avrasiya İqtisadi İttifaqına üzvlük şübhəsiz ki, İrəvan üçün faydalıdır və ondan imtina etmək ölkənin maraqlarına zidd olardı”.

 

Modern.az xəbər verir ki, bunu RİA-ya müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

 

Nazir müavininin sözlərinə görə, son bir neçə ildə Ermənistan ÜDM-in artımı, əsas kapitala qoyulan investisiyalar, başa çatdırılan tikinti işlərinin həcmi kimi göstəricilərə görə irəliləyib.

 

"Paşinyan tərəfindən səsləndirilən prioritetlər inteqrasiya quruculuğu sahəsində yanaşmalarımıza uyğundur", - deyə əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı