Modern.az

“Junior Achievement Azərbaycan” təşkilatı gənclərə xidmət edir” – MÜSAHİBƏ

 “Junior Achievement Azərbaycan” təşkilatı gənclərə xidmət edir” – MÜSAHİBƏ

22 Noyabr 2013, 10:40

“Junior Achievement Azərbaycan” təşkilatı biznes təhsili sahəsində dünyanın ən iri mənfəət güdməyən təşkilatı olan Dünya Junior Achievement Təşkilatının yerli təmsilçisidir. Təşkilatın özü dünyada 1919-cu ildən fəaliyyət göstərir. Azərbaycanda isə 1998-ci ildən və bu təşkilatın Azərbaycan nümayəndəliyinə təşkilatının icraçı direktoru Hökümə Kərimova başlıq edir.

“Junior Achievement Azərbaycan” rəhbəri  Modern.az-a müsahibə verib.

-Əsasən işimizi gənclərlə aparırıq və istiqamətimizi dünya iqtisadiyyatında gənclərin rolunun artırılmasında görürük. Junior Achievement Azərbaycan ictimai və fərdi donorların dəstəyilə biznes tədrisi sahəsində çox böyük uğurlara imza atmağa müvəffəq olub.


– Fəaliyyəti necə tənzimləyirsiniz

-İşimizi əsasən layihələr üzərindən həyata keçiririk. Layihələrimizdə müəllimlər, tələbələr, şagirdlər, təlimçilər fəal yer alırlar.

-“Junior Achievement Azərbaycan” beynəlxalq təşkilatın rəsmi təmsilçisidir. O zaman 1998-ci ildə bunun yaradılmasının məqsədi nə idi?

 

– Azərbaycanda “Junior Achievement” təşkilatının fəaliyyətə başlamasının əsas məqsədi vurğuladığım kimi dünya iqtisadiyyatında və eləcə də Azərbaycanda gənclərin rolunun və potensialının aşkarlanmasında dəstək olmaq idi. Bunu müxtəlif vasitələrlə həyata keçiririk. Təşkilat onun layihələrindən faydalananlara biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrənməkdə dəstəkçi olur və ölkə iqtisadiyyatında gənclərin gələcək rollarına daha yaxşı hazır olmağa birbaşa təlim və məsləhətlər vasitəsilə kömək edir. “Junior Achievement” Azərbaycan proqramları altı əsas tədris sahəsini əhatə edir:

·        Sahibkarlıq

·        İşə hazırlıq 

·        Maliyyə savadı

·        Biznesdə informasiya texnologiyaları

·        Biznes imkanlarının artırılması və konsultasiya

·        Tədris imkanlarının inkişafı

·    

  ­-Təşkilatınız 15 ildir fəaliyyət göstərir. Maraqlıdır, 15 ildə nələr edib? Layihələrdən də danışdınız. Sırf hansı layihələr həyata keçirilib?  

  – 15 il ərzində bir sıra layihələrə imza atmışıq. Layihələrin gənclərimiz üçün ilbəil daha da yararlı və məqsədəuyğun olması istiqamətində çalışmışıq. Azərbaycanda olan fəaliyyətimiz Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Layihələrimizin əsas aparıcı hədəfləri cəmiyyətdə vacib rol oynayan məktəb şagirdləri, universitet tələbələri,  müəllimlər və təlimçilərdir. Əsas məqsədimiz cəmiyyətimizə yararlı gənclər yetişdirməkdir. Həmin gənclər iş həyatına atıldıqda onlar problemlər ilə üzləşməsinlər. Eyni zamanda işə qəbul edən yerli və beynəlxalq təşkilatlar, şirkətlər də tələbələri işə götürərkən onlarda sual olmasın ki, tələbə bilirmi ki, biznes etika nə deməkdir? Bilirmi ki işdə uğurlu olmaq üçün hansı elementar qaydaları bilmək lazımdır. Ona görə də bu məsələləri nəzərə alaraq həm məktəblər, həm də universitetləri ilə biz proqramlarımızı bu istiqamətdə qururuq. Hazırda donorlarımız ilə biz bir neçə layihə həyata keçiririk. Birinci layihəmiz “Davamlı müəssisənin inkişafı proqramı”dır. Bu layihəni “PAŞA Bank”ın dəstəyi ilə həyata keçiririk. Digər bir layihəmiz “Banklar fəaliyyətdə” layihəsi “PAŞA Bank”ın və Mərkəzi Bankın dəstəyi ilə həyata keçirilən bir layihədir. “Gənclərin biznes liderlik layihəsi”ni üç böyük biznes sferasında sözünü deyən şirkət və təşkilatların – ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, BP şirkəti və Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyinin (AMCHAM) dəstəyi ilə həyata keçiririk. “Tələbələr üçün karyeraya hazırlıq proqramı” isə Azərbaycanda ən böyük dördlükdən biri kimi tanınan “Deloitte” şirkətinin dəstəyi ilə həyata keçiririk. Məktəblərdə hal-hazırda mövcud bir proqramımız var: ”Məktəblərdə iqtisadiyyatın tədrisi”. Bunu Chevron Xəzər, Baker & McKenzie, PricewaterhouseCoopers, Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi (AMCHAM), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiririk. Digər bir layihəmiz Saipem neft şirkətinin Saipem-Asiya Azərbaycan qolunun dəstəyi ilə həyata keçirilir. Hazırda əlimizdə olan layihələrimiz bunlardır. Təşkilatımız bu layihələrin icrasına cəlb olunmuşdur. Bu layihələrdə məqsəd sahibkarlıq, maliyyə savadı, biznes tədrisinin inkişafıdır. Eyni zamanda, tədrisin istiqaməti informasiya texnologiyalarının tələbələr tərəfindən mənimsənilməsinə yönəldilmişdir.

 

-Təşkilatınıza daha çox hansı yaş qruplarında olan gənclər müraciət edir və nəticə necə olur?  

–Layihələrimizdən asılı olaraq, əsasən isə 17-28 yaş qruplarını əhatə edən gənclərlə çalışırıq. Partnyorlarımızla birgə layihələrimizin iş istiqamətini elə tuturuq ki, nə gənclər bizdən narazı qalsınlar, nə də bizim onlarla iş prosesində çətinliyimiz yaransın.


-Hansı beynəlxalq təşkilatlarla əlaqəniz var?  

 

-Beynəlxalq təşkilatlarla iş birliyinə gəlincə, əsasən Dünya Junior Achievement təşkilatı və  ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə çox yaxından çalışırıq. Onların bizim proqramların inkişafında, yəni, hər il uğurlu layihələr həyata keçirmək üçün verdiyi töhfələrdən bəhrələnirik.

-Azərbaycanda hansı dövlət qurumlarından dəstək almısınız?

 

-Yerli və beynəlxalq təşkilatlarla çalışırıq. Dövlət qurumlarından Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi bizə böyük dəstək verir. Şirkətlərə gəlincə isə şirkətlərin siyahısı arta və dəyişə bilir. Həmin şirkətlər arasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, BP şirkəti, Saipem, Deloitte Azərbaycan, PAŞA Bank, Chevron Xəzər, Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi, Bakcell, Statoil Abşeron, Baker & McKenzie, PricewaterhouseCoopers və digər şirkətlərlə əməkdaşlıq edirik. Onların bu gün bu təşkilata verdiyi böyük dəstək əslində Azərbaycan gəncliyinə və onların gələcəyinə verdikləri əvəzolunmaz bir xidmətdir.

-Təşkilatın yeni icraçı direktorusunuz. Gənclərə yeni nə vəd edirsiniz?  

– “Junior Achievement Azərbaycan” 15 ildir gənclərə xidmət edir və gənclər üçün çalışır. Təşkilatın bu vacib ənənəsi bundan sonra da davam edəcəkdir. Mən gənclərimizi bizim layihələrdə aktiv olmağa, öz gələcəkləri və Azərbaycan dövləti üçün xeyirli və uğurlu gənc olmağa çağırıram.

 

Namidə BİNGÖL  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər