Modern.az

Müctəba Xamenei yeni müraciət edəcək - XİN

Müctəba Xamenei yeni müraciət edəcək - XİN

Dünya

17 Mart 2026, 09:38

İranın yeni seçilmiş Ali Lideri Ayətullah Müctəba Xamenei yaxşı vəziyyətdədir və tezliklə ictimaiyyət qarşısında çıxış edə bilər.

Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai NDTV-yə bildirib.

"Sizə deyə bilərəm ki, o, yaxşıdır", - Baqai qeyd edib.

XİN rəsmisi Müctəba Xameneinin ilk mesajının artıq eşidildiyini qeyd edib və tezliklə ictimaiyyətə yeni bir müraciətin ediləcəyinə ümid etdiyini bildirib.

12 martda İranın yeni Ali Lideri vəzifəyə başladıqdan sonra xalqa ilk müraciətini edib. Müraciətin mətni televiziyada yayımlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!