Modern.az

800-dən çox abonentin qazı kəsiləcək

800-dən çox abonentin qazı kəsiləcək

Aktual

28 Avqust 2025, 14:31

Biləsuvar rayonunda qaz sızması ilə əlaqədar sabah 800-dən çox abonentin qaz təchizatı dayandırılacaq.

Modern.az xəbər verir ki, rayonun Xırmandalı kəndindən keçən təbii qaz xəttində aşkar olunmuş sızmanın qarşısının alınması məqsədilə avqustun 29-da saat 10:00-dan başlayaraq kəndin bir hissəsində, ümumilikdə 839 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Sizə yeni x var
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?