Modern.az

İmtahandan kəsilən uşaqlar nə etməlidir? - Deputat

İmtahandan kəsilən uşaqlar nə etməlidir? - Deputat

Təhsil

11 Sentyabr 2025, 12:38

I sinifə qəbul olmaq üçün imtahan tələb edirlər, bu imtahandan kəsilən uşaqlar nə etməlidir?

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında deputat Eldar Quliyev deyib. 

"Bizə dəfələrlə bu cür müraciətlər olunur. IV sinifdən V sinifə keçmək üçün əkiz qardaşlar müraciət etmişdi, biri 34 balla keçmişdi, biri 31 balla kəsilmişdi. Sonra nazirliyin köməkliyi ilə həmin uşaq da məktəbə bərpa olundu. Biz sistemə qarşı getmirik, sadəcə prosesin daha sadə olması önəmlidir", - o qeyd edib.

Deputat vurğulayıb ki, uzun illərdir “Ali təhsil haqqında” qanun qəbul olunmayıb və bu təhsildə müəyyən boşluqlara səbəb olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat