Modern.az

Millimizin heyətində dəyişiklik edildi

Millimizin heyətində dəyişiklik edildi

İdman

6 Noyabr 2025, 12:11

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Modern.az-a AFFA-nın saytına istinadən xəbər verir ki, Türkiyənin "Ankaragücü" klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə "Qarabağ"ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb.

Qeyd edək ki, komanda Avropa çempionatının seçmə mərhələsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var