Modern.az

Ağcabədidə ağır qəza - Ölən var

Ağcabədidə ağır qəza - Ölən var

Hadisə

16 Noyabr 2025, 19:02

Ağcabədidə ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, qəza Ağcabədi şəhər ərazisində baş verib.

 

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub.

 

Daha sonra “VAZ” yol kənarında dayanan “Mercedes”ə çırpılıb.

 

“VAZ”ın sürücüsü hadisə yerində ölüb.

 

“Opel” markalı avtomobilin sürücüsü Saməddin adlı şəxs isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV