Modern.az

Avtobus qəzasında yaralananların son durumu AÇIQLANDI

Avtobus qəzasında yaralananların son durumu AÇIQLANDI

Hadisə

29 Dekabr 2025, 14:02

Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərdən (4-ü qadın, 7-si kişi) 5 nəfərin müalicəsi tibbi müəssisəsində davam etdirilir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, onlardan 1 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. 

Məlumata görə, 6 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, ötən həftə Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Onlardan 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi