Modern.az

Gəncədə sərnişin avtobusu maşınla toqquşdu - YARALI VAR 

Gəncədə sərnişin avtobusu maşınla toqquşdu - YARALI VAR 

Hadisə

18 Yanvar 2026, 20:20

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, şəhər ərazisində “BakuBus” MMC-yə məxsus sərnişin avtobusu ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində avtobusun sürücüsü, 1992-ci il təvəllüdlü Vüsal Verdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Zərərçəkən dərhal tibb müəssisəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti orta ağırdır.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

 

Faktla bağlı araşdırma parılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı